Xəstəxanadakı qanunsuzluqlarla bağlı cinayət işi başlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində (PHŞ) baş verən
qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon
prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Cixisyolu.com Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən
01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin
vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə
yetirilmədiyi halda əməkhaqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar
nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli
miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr
müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və
179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda
ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələri ilə cinayət işi başlanaraq
ibtidai istintaq aparılır.