cf6b91e1-c03a-4dff-82e8-4017b52cb4a6..jpg

Xəstəxanaya yerləşdirilən Serbiya prezidenti açıqlama verdi – YENİLƏNİB

Baxış sayı: 1. 186 dəfə baxılıb.

Xəstəxanaya yerləşdirilən Serbiya prezidenti açıqlama verdi – YENİLƏNİB

Bu gün xəstəxanaya yerləşdirilən Serbiya Prezidenti Aleksandar Vuçiç səhhəti
ilə əlaqədar ictimaiyyətə qısa müraciət ünvanlayıb.

53 yaşlı siyasətçi özünü yaxşı hiss etdiyini və iş qrafikində dəyişiklik
etməyəcəyini bildirib.

10:42

Serbiya Prezidenti Aleksandar Vuçiç təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Serbiya liderinin xəstəxanaya yerləşdirilmə səbəbi açıqlanmır, rəsmi açıqlama
verilməyib.

Xatırladaq ki, 2019-cu ildə A.Vuçiç ürək-damar xəstəliyi ilə əlaqədar
xəstəxanada müalicə alıb.

Məlumat üçün əlavə edək ki, 53 yaşlı Aleksandar Vuçiç 2017-ci ilin mayında
Serbiyanın prezidenti olub. Bundan əvvəl o, ölkənin baş naziri vəzifəsində
çalışıb.

Mənbə: B92

Source link