90a68243-b434-4621-90eb-a5c58df5fe02..jpg

Xətai rayonunda iki avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO

Baxış sayı: 498 dəfə baxılıb.

Xətai rayonunda iki avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi olub.

APA xəbər verir ki, hadisədə “Range Rover” markalı minik maşını ilə yük
avtomobili toqquşub.

Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə,
qəzada iki nəfər xəsarət alıb.

Xəsarət alan şəxslərdən biri boyun nahiyəsinin küt travması diaqnozu ilə
Kliniki Tibb Mərkəzinə, digəri müştərək travma ilə Sabunçu Tibb Mərkəzinə
hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Source link