Xətai rayonunda keçilməz küçə – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Xətai rayonunda Elvin Şükürlü küçəsinin bir hissəsi və Əhmədli
kəndinin Babək prospekti tərəfdən girişi keçilməz vəziyyətdədir.
Cixisyolu.com xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə paylaşım ediblər.
Paylaşımda qeyd olunur ki, neçə ildir Xətai rayonunun Elvin Şükürlü küçəsinin
Polad Həşimov küçəsi ilə kəsişməsinin bir hissəsi asfaltlansa da, qalan hissədə
heç bir təmir işləri görülmür.
Problemlə bağlı müraciət edən sakinlərə isə gah “yaxın vaxtlarda”, gah da
“ilin sonuna qədər” küçənin tam abadlaşdırılacağı vəd olunur.
Xətai rayonu ərazisində daha bir keçilməz küçə Əhmədli kəndinin Babək
prospekti tərəfdən girişidir. “Həm asfalt problemi, həm də qarajların
qarşısında təmir üçün saxlanılan avtomobillər gediş-gəlişə çətinlik yaradır”, –
deyə paylaşımda bildirilir.
Məsələ ilə bağlı Cixisyolu.com-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin (AAYDA) mətbuat katibiAnar Nəcəfli bildirib ki, təmsil
etdiyi qurumun balansında belə yollar yoxdur.
Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, təəssüf ki, heç bir cavab
ala bilmədik.
Əzizə İsmayılova