Xətai rayonunda saxlanılan narkokuryerlərdə 10 kq marixuana aşkar edilib –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xətai rayonunda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana
aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının narkotiklərin
qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt
sakinləri 1994-cü il təvəllüdlü Bayram İsgəndərov və 1980-ci il təvəllüdlü Vəli
Əmirov saxlanılıblar. Onlardan 10 kiloqramdan artıq marixuana aşkarlanıb.
Araşdırmalarla bu şəxslərin Bakı şəhərində narkokuryerlik etdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin Xətai rayonunda bu ilin ilk rübündə narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 120
cinayət faktı qeydə alınıb. Saxlanılanlardan 23 kiloqram heroin, marixuana və
digər növdən olan narkotiklər, eləcə də psixotrop maddə metamfetamin aşkar
olunub.
Qeyd edilən dövr ərzində Xətai RPİ-nin əməkdaşları əməliyyat yolu ilə üç
“Kalaşnikov” avtomatı, bir “Makarov” tapançası və üç ədəd “F-1” əl qumbarası da
aşkar ediblər.