“Xətai” stansiyası təmirə bağlanır

“Xətai” stansiyası təmirə bağlanır

Baxış sayı: 3. 019 dəfə baxılıb.

Hazırda “Bakmil” stansiyasında yenidənqurma işləri aparılır.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq, “Bakı Metropoliteni”  stansiyalarının yenidən qurulması işləri aparılır. Hazırda “Bakmil” stansiyasının yenidənqurma tədbirləri mərhələli şəkildə yerinə yetirilir.

Hidayət Məmmədov  qeyd edib ki, yaxın gələcəkdə “Xətai” stansiyası təmirə bağlanacaq:

“Stansiya payız aylarında təmirə bağlanacaq. İstismar müddətini başa vuracaq eskalatorların dəyişdirilməsi, həmçinin stansiya və stansiya yollarının yenidənqurma işlərinin davam etdirilməsi də nəzərdə tutulub”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com