f03bcced-0c00-4739-9a77-49d1bec516a9.jpg

Xətaidə məhəlləyə su çəkənlər borunu zədələyib, üstünü asfalt qatı ilə örtərək gediblər – İDDİA

Baxış sayı: 198 dəfə baxılıb.

Su borusu partlayıb, asfalt örtüyü çökmüş vəziyyətdədir. Vətəndaşa məxsus
yaşayış evinin zirzəmisi yararsız hala düşüb.

Xezerxeber.az xəbər verir ki, söhbət Xətai rayonunun Rəşid Bağırov küçəsi, 36
ünvanından gedir. Vətəndaş iddia edir ki, 2013-cü ildən adıçəkilən ünvanda
yaşayır.

Nəzakət Məmmədova deyir ki, illər öncə zədələnən su borusundan onun
zirzəmisinə su sızırmış.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılır. İri
Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, ünvana baxış
keçirilib. Məlum olub ki, su borusunun üzərindən avtomobil keçməsi nəticəsində
xətdə qəza baş verib. Xidmətin dəstəyi ilə baş vermiş qəza aradan qaldırılacaq
və su borusu bərpa olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xətaidə məhəlləyə su çəkənlər borunu zədələyib, üstünü
asfalt qatı ilə örtərək gediblər – İDDİA
Xətaidə məhəlləyə su çəkənlər borunu zədələyib, üstünü asfalt qatı ilə örtərək
gediblər – İDDİA

Source link