Xətaidə qanunsuz çıxarılan ağaclar yenidən torpağa basdırıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sosial şəbəkələrdə Xətai rayonunda bina tikmək üçün axşamlar ərazidəki
ağacların çıxarılması ilə bağlı iddialar yayılıb. İddialarda ağacların
çıxarılması ilə bağlı fotolar da öz əksini tapıb. Bildirilib ki, onlar bahalı
şam ağaclarıdır.
“Qafqazinfo” iddialarla bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət edib.
İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələdən xəbərdardırlar. Qeyd
edilib ki, həmin ağaclar naməlum şəxslər tərəfindən yerindən çıxarılıb, bununla
bağlı polisə müraciət edilib.
Hazırda həmin şəxs və ya şəxslərin kimliyi ilə bağlı hüquq-mühafizə orqanları
tərəfindən araşdırma aparılır. Qurumdan verilən açıqlamada əlavə edilib ki,
həmin ağaclar yenidən torpağa basdırılıb.