92d94ea7-a61a-4128-8abb-656caf08bfaa..jpg

Xətaidə şəhidlərin abidəsinin qarşısına yük maşını ilə zibil tökdülər – VİDEO

Baxış sayı: 318 dəfə baxılıb.

Xətaidə şəhidlərin abidəsinin qarşısına yük maşını ilə zibil tökdülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 11-də Xətai rayonu, Orxan İsmayılov küçəsində ərazi bütövlüyümüz
uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə etinasızlıq nümayiş
etdirilib.

Belə ki, Vətən müharibəsi şəhidləri – Əli Qasımov, Fərid Əsgərov və Orxan
İsmayılovun xatirəsinə həsr olunan abidənin qarşısında yük maşını park olunub.
Daha sonra isə əraziyə zibil boşaldılıb.

Görüntülərdə gecə 04:34 radələrində əraziyə gələn yük avtomobilinin dövlət
qeydiyyat nişanı aydın oxunmadığından hadisənin kim tərəfindən edildiyi məlum
deyil.

Qeyd edək ki, yük avtomobilinin əraziyə boşaltdığı zibili Dövlət Dəmir Yolları
İdarəsinin əməkdaşları təmizləyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link