e843e333-8868-43b7-a3ae-1c1a00be5b91..jpg

Xəyanət videosu yayılan türkiyəli fenomenin arvadından yeni görüntülər: Futbolçu sevgilisi ilə… – FOTO

Baxış sayı: 350 dəfə baxılıb.

Xəyanət videosu yayılan türkiyəli fenomenin arvadından yeni görüntülər:
Futbolçu sevgilisi ilə… – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli fenomen Bilal Hancının xəyanət videosunu ifşa edən arvadı Esin Çepni
yeni sevgilisi ilə görüntülərini paylaşıb.

Esin Çepni boşandıqdan qısa müddət sonra “Çaykur Rizespor”un qapıçısı Zafer
Görgenlə eşq yaşamağa başlayıb. Çepninin yeni sevgilisi ilə səmimi görüntüləri
izləyicilər tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, 2021-ci ildə “Kafalar Group”un üzvü Bilal Hancı ilə ailə quran
Esin Çepni iki illik həyat yoldaşının bir əyləncə məkanında ona xəyanət etdiyi
ilə bağlı görüntüləri paylaşıb. O, xəyanət videolarını gözyaşları içində
izləyərək fikirlərini bildirib. “Bilal Hancı ilə evliliyim bitdi. Artıq xahiş
edirəm, bilmədiyim başqa yerlərdəki ifşa videolarını mənə göndərməyin. Hər kəs
özünə yaraşanı yaşasın”, – deyə o qeyd edib.

Xəyanətdən sonra Esin Çepniyə gül göndərərək üzr istəyən Bilal Hancı
evliliklərini xilas etmək üçün ikinci şans istəsə də, qadın bunu qəbul etməyib
və nəticədə cütlük 19 oktyabr tarixində boşanıb.

Mənbə: Haber Global

Source link