9fbc9388-3503-4a56-b3a9-ab7a7807232b..jpg

Xəzər dənizində naməlum kişi meyiti tapılıb

Baxış sayı: 535 dəfə baxılıb.

Xəzər dənizində naməlum kişi meyiti tapılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri Suraxanı rayonu Qum adası adlanan ərazidə dəniz sahilində naməlum
kişi meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, meyitin əlamətləri: boyu 160-165 santimetr, orta bədən
quruluşlu, qara saçlıdır (başının ortasında saçı tökülüb). Meyitin burun
hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman
əynində üst geyimi aşkar olunmayıb.

Bu şəxsi tanıyanlardan DİN-in “102” Xidmətinə və ya Su Nəqliyyatında Polis
İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng edərək məlumat
vermələri xahiş olunur.

Source link