“Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.
ÇıxışYolu.Com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə sənəd baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 21 sentyabr tarixli, 342 nömrəli qərarı ilə yaradılmış “Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.
Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu
qərardan irəli gələn məsələləri həll etməlidirlər.