Üç gün əvvəl U-17 Liqasında “Kəpəz” – “Xəzər Lənkəran” matçında qonaq komanda oyuna gəlməmiş və AFFA İntizam Komitəsi buna görə Lənkəran təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət vermişdi.
ÇıxışYolu.Com-a bunun səbəbi məlum olub. Sən demə, Lənkəran klubu avtobusu qırıldığı üçün oyuna gəlib çata bilməyibmiş.
Bu barədə saytımıza “Xəzər Lənkəran” klubunun, o cümlədən “Palmali” şirkətlər qrupunun Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib:
“Komandanın avtobusunun “beyni” yanıb. Buna görə də komanda yarı yolda qalıb, Gəncəyə gedib çata bilməyib. Mercedes markalı avtobusumuzun mühərriki isə Türkiyədən gətirilir. Növbəti tura qədər bu avtobusumuzu hazır vəziyyətə gətirə bilməsək, ikinci avtobusumuzdan yararlanmalı olacağıq”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com