1c2f2a4a-2b1b-4144-9942-34da8efbd5e2..jpg

“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq

Baxış sayı: 655 dəfə baxılıb.

“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq

“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq.

Eyniadlı romanın ssenarisi əsasında çəkilən ekran işində baş rolları əsərin
müəllifi Mariya Suvorovskaya, Rusiyada yaşayan azərbaycanəsilli aktyor Emil
Həsənzadə və aktrisa Duyğu Dəvəli canlandırıblar.

Filmdə bəhs olunan hadisələr Bakıda cərəyan edir. Süjetin mərkəzində klassik
sevgi üçbucağı mövzusu var: Taşa – Ruslan – Leyla. Filmdə baş verən proseslər
bir daha sübut edir ki, insanlar arasında mental və mədəni fərqlər həqiqi
sevgiyə və xoşbəxtliyə mane ola bilməz.

Azərbaycan, Rusiya və digər MDB ölkələrində təqdimatı olacaq “Xəzər üzərində
yelləncək” “Biznes-dialoq media” şirkətinin sifarişi ilə “Caspian Media Group”
tərəfindən çəkilib.

Filmin rejissoru Qulu Əsgərov, baş prodüseri Hüseyn Cavadzadə, ssenari
müəllifi Nicat Dadaşov, operatoru Rauf Qurbanəliyev, ekranlaşdırmanın ideya
müəllifi Səadət Qarayevadır.

Source link