Xəzərdə çətin vəziyyətə düşən balıqçılar xilas edildi – YENİLƏNİB

Xəzərdə çətin vəziyyətə düşən balıqçılar xilas edildi – YENİLƏNİB

Baxış sayı: 2. 193 dəfə baxılıb.

Xəzərdə çətin vəziyyətə düşən balıqçılar xilas edildi – YENİLƏNİB

Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış iki nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

Bildirilir ki, xilas olunmuş şəxslər gəmi ilə sahilə gətirilib. 

17.55

Paytaxtın Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) iki nəfər taxta qayıqda köməksiz vəziyyətdə qalıb.

Bu barədə ÇıxışYolu.Com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

Dövlət Dəniz Administrasiyasından verilən məlumata əsasən, “Zəfər” gəmisi də qayığın olduğu əraziyə cəlb olunub.

www.ÇıxışYolu.Com