7e8f7d42-5cbe-485c-afae-1b0753891bb3..jpg

Xəzərdə dalğanın hündürlüyü beş metrə çatıb – FAKTİKİ HAVA + YENİLƏNİB

Baxış sayı: 514 dəfə baxılıb.

Xəzərdə dalğanın hündürlüyü beş metrə çatıb – FAKTİKİ HAVA + YENİLƏNİB

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 10-u saat 14:30-a olan
məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib,
Kürdəmir, Qusar, Quba, Xaltan, Balakən, Şabran, Şahdağda arabir yağış yağıb.
Bəzi yerlərdə güclü külək əsib.

Xidmətdən verilən məlumata görə, şimal-qərb küləyi arabir Mingəçevirdə 30 m/s,
Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Beyləqan,
Tərtər, Bərdə, Yevlax, Gəncə, Naxçıvanda 18 m/s, Kürdəmirdə 15 m/s-dək, Bakıda
və Abşeron yarımadasında 30-35 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.0 metrə
çatıb.

12:24

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 10-u saat 11:00-a olan
məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi
yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv olub.

Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunub.

Düşən yağıntının miqdarı: Qaxda 17 mm, Qubada 15 mm, Qusarda 14 mm, Kürdəmir,
Oğuzda 10 mm, Qobustan, Gədəbəydə doqquz mm, Daşkəsən, Ağdam, Şamaxı, Göygöl,
Tərtər, Zərdab, Qəbələ, Göyçay, Şabran, Astara, Naftalan, Zaqatala, Şəmkir,
Ordubad, Yevlax, Bərdə, Beyləqan, Şahbuz, Naxçıvan, Sədərək, Balakən,
Mingəçevir, İmişli, Salyan, Sabirabad, Biçənək, Gəncə, İsmayıllı, Altıağac,
Xaltan, Şahdağ, Cəfərxan, Biləsuvar, Yardımlı, Lənkəranda səkkiz mm-dək, Bakıda
və Abşeron yarımadasında isə üç mm-dək olub.

Qərb küləyi arabir Zaqatalada (Əlibəydə) 34-40 m/s, Naftalanda 24 m/s, Göyçay,
Ağdamda 22 m/s, Mingəçevirdə 21 m/s, Şəki, Şahdağda 20 m/s, Bərdə, Naxçıvan,
Goranboy, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək
güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə
çatıb.

Source link