Xəzərdə “Ginnesin Rekordlar Kitabı”na düşəcək layihə: Nazir mühüm detalları
açıqladı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yaşıl enerji sahəsində Azərbaycanın böyük potensialı var. Ətraf mühitin
qorunmasına xüsusi önəm verən, bu potensialı nəzərə alan Macarıstanın
Azərbaycanla bağlı planları var”.
Bunu Azərbaycan Dövlət Televiziyasında (AzTV) canlı yayımlanan “Əsas məsələ”
verilişində qonaq olan Macarıstanın xarici işlər və ticarət naziri Peter
Siyarto bildirib.
O qeyd edib ki, Macarıstan Azərbaycanın yaşıl enerji sahəsinə investisiya
qoymaq niyyətindədir:
“Azərbaycanın həm quruda, həm də Xəzər dənizində külək enerjisindən istifadə
etmək planı var. Bu enerjini Avropa bazarlarına çıxarmaq lazımdır. Bununla
bağlı “Yaşıl dəhliz” adlı layihə var. Həmin layihəyə əsasən yaşıl enerjini
Avropaya çatdıracaq xətt 2000 kilometr uzunluğunda olacaq ki, onun da yüzlərlə
kilometri dənizin dibi ilə gedəcək. Odur ki, Xəzərdən başlayacaq bu layihə
“Ginnesin Rekordlar Kitabı”na düşəcək”.
Ətraflı videonu təqdim edirik: