Xəzərdə içərisində iki nəfərin meyiti olan qayıq aşkarlanıb - YENİLƏNİB

Xəzərdə içərisində iki nəfərin meyiti olan qayıq aşkarlanıb – YENİLƏNİB

Baxış sayı: 2. 294 dəfə baxılıb.

Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan iki nəfərin (şəxsiyyətləri məlum  deyil) meyiti FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisinin göyərtəsinə götürülüb.

ÇıxışYolu.Com nazirliyin saytına istinadən xəbər verir ki, hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.​

16:36

Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.

ÇıxışYolu.Com-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində iki nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.

Məlumat aidiyyəti qurumlara ötürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

15:39

Xəzər dənizində aşkarlanan qayığın içərisində iki nəfərin meyitinin olduğu təsdiqlənib.

ÇıxışYolu.Com-ın məlumatına görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.

Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.

www.ÇıxışYolu.Com