Xəzərdə itkin düşmüş şəxs axtarılır

Xəzərdə itkin düşmüş şəxs axtarılır

Baxış sayı: 2. 454 dəfə baxılıb.

Xəzərdə itkin düşmüş şəxs axtarılır

Avqustun 7-də Sumqayıt şəhəri ərazisindən qayıqla dənizə çıxmış və geri qayıtmamış 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdürrəhim oğlunun axtarışları davam etdirilir.

FHN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, hazırda nazirliyin Aviasiya dəstəsinin “Mi-17” helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır.

Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Xəzəryanı ölkələrin (Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan Respublikaları) müvafiq qurumları ilə itkin düşmüş Azərbaycan vətəndaşının axtarışları ilə əlaqədar mütəmadi məlumat mübadiləsi aparılır.

www.ÇıxışYolu.Com