791578f1-e1d3-4464-b62a-ae2abb80a507..jpg

Xəzərdə tapılan kişi meyiti ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Baxış sayı: 972 dəfə baxılıb.

Xəzərdə tapılan kişi meyiti ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə
2002-ci il təvəllüdlü Xəyal Məmmədovun meyitinin aşkarlanması ilə bağlı Səbail
rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Cixisyolu.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq
bildirilib.

Mərhumun intihar etməsi ehtimal olunur.

18:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə
Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə
naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

FHN-dən verilən xəbərə görə, meyitin dənizdən çıxarılmasına kömək məqsədilə
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.

Source link