Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli”
(AÇG) yatağının işlənməsi çərçivəsində yeni “Azəri Mərkəzi Şərqi” (ACE)
platformasından neft hasilatına başlanıb.
Bu barədə ”Report”a AÇG layihəsinin operatoru “bp Azerbaijan” şirkətindən
məlumat verilib.
bp-nin strategiyası bu günün enerji sisteminə, yəni ACE kimi layihələrin
işlənməsinə, həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır.