“Xəzər”in Qubanı təmsil etmək istəyinə Olimpiya Kompleksindən münasibət

“Xəzər”in Qubanı təmsil etmək istəyinə Olimpiya Kompleksindən münasibət

Baxış sayı: 2. 656 dəfə baxılıb.

Azərbaycanın I divizionunda çıxış edən “Xəzər” futbol klubu növbəti mövsümdən Premyer Liqada çıxış etməyi qarşısına hədəf qoyub.

ÇıxışYolu.Com xəbər verir ki, hazırda “Qaradağ Lökbatan”dan sonra II pillədə olan və cəmi iki xal geridə qalan “Xəzər”in ölkə futbolu üçün planları genişdir.

Bunlardan biri “Xəzər”in Premyer Liqada paytaxt komandası kimi yox, hər hansısa bölgə klubu kimi təmsil olunmaq istəyidir.

Bizdə olan məlumata görə, klub rəhbərliyi bunun üçün Bakıya nisbətən yaxın olan şimal rayonlarından birində ev oyunlarını keçirmək niyyətindədir.

Bunun üçün ilkin olaraq Quba variantı seçilib. Komanda Quba Olimpiya İdman Kompleksində ev oyunlarını keçirməkdə maraqlıdır. 2003-cü ildə tikilmiş bu kompleksin stadionundan hazırda Region Liqasında çıxış edən “Şahdağ” komandası istifadə edir.

Lakin Quba Olimpiya İdman Kompleksinin direktoru Azər Safayev saytımıza açıqlamasında bildirib ki, bir peşəkar futbol klubunun Azərbaycanı Quba adından Premyer Liqada təmsil etməsi onlar üçün böyük fəxr olar:

“Bizim stadion 4800-5000 tamaşaçının oyunu izləməsinə imkan verir. Bizdə vaxtilə “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Bakı”, “Olimpik” kimi komandalar hazırlıq keçib. Yəni, buranın yayda hava şəraiti də komandanın məşq keçməsi üçün əladır.

“Xəzər” komandasından bizə hələ müraciət olunmayıb. Amma eşitmişik ki, onlar Quba, Qusar, Xaçmaz rayonlarından birində çıxış etmək istəyirlər. Bizdə qazon təbiidir. Amma ot örtüyündə torpaq bərkidilmə işləri aparılmalıdır. Düşünürəm ki, Premyer Liqada çıxış etmək üçün stadionumuz tələblərə cavab verir”.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com