Xəzərin statusuna dair sammitdə nəqliyyat sazişləri imzalanacaq

Baxış sayı: 2. 397 dəfə baxılıb.

Xəzərin statusuna dair sammitdə nəqliyyat sazişləri imzalanacaq

Qazaxıstanın Aktau şəhərində keçiriləcək Xəzəryanı dövlətlərin sammitində ticari-iqtisadi, nəqliyyat və dənizdə münaqişələrin qarşısının alınması sahələrində hökumətlərarası sazişlərin imzalanacağı gözlənilir.

ÇıxışYolu.Com xəbər verir ki, sammitin əsas sənədi Xəzər dənizinin hüquqi statusu haqqında imzalanacaq Konvensiya olacaq.

Bu barədə Rusiya prezidentinin administrasiyası məlumat yayıb.

Kremlin açıqlamasına görə, qeyd olunan sənədlər Xəzər iqtisadiyyatının əsas sahələrinin birgə inkişaf strategiyasını, beynəlxalq ticarət əməliyyatları və nəqliyyat daşımaları zamanı texnoloji və inzibati proseslərin uzlaşdırılmasını müəyyənləşdirəcək.

www.ÇıxışYolu.Com