edff751f-b274-4ae5-8fbd-dab50f6c6893..jpg

“Xəzri-2023” birgə taktiki təlimi başa çatıb – FOTO/VİDEO

Baxış sayı: 717 dəfə baxılıb.

“Xəzri-2023” birgə taktiki təlimi başa çatıb – FOTO/VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə
Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin
Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı
ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi başa çatıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Oktyabrın 8-də Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov,
Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken
Bekjanov, hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları və media
nümayəndələrinin iştirakı ilə təntənəli bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edənlər təlimdə qarşıya qoyulan bütün tapşırıqların uğurla icra
edildiyini bildirib və iştirakçılara gələcək xidmətlərində uğurlar
arzulayıblar. Qeyd edilib ki, keçirilən birgə taktiki təlim qarşılıqlı təcrübə
mübadiləsində, eləcə də hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının
artırılmasında xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında oktyabrın
2-dən başlayan “Xəzri-2023” birgə taktiki təlimində İran İslam Respublikasının
HDQ-nin nümayəndə heyəti də müşahidəçi qismində iştirak edib.


Source link