f204f0d9-711c-4f62-bd03-05de5f723569..jpg

“Xəzri-2023” birgə taktiki təlimi davam edir – FOTO/VİDEO

Baxış sayı: 521 dəfə baxılıb.

“Xəzri-2023” birgə taktiki təlimi davam edir – FOTO/VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə
Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin
Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı
ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə
qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib.

“Xəzri-2023” birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək
peşəkarlıq nümayiş etdirirlər.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimdə İran İslam Respublikası
HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.


Source link