63539827-4dfd-40b8-8be7-1a129cb13e29..jpg

“Xəzri-2023” birgə taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib – FOTO/VİDEO

Baxış sayı: 588 dəfə baxılıb.

“Xəzri-2023” birgə taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”
keçirilib – FOTO/VİDEO

Oktyabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik
Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təlimi
çərçivəsində keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.

Bu barədə Müdaifə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan
abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.

Sonra HDQ-nin Mərkəzi Komanda Məntəqəsində nümayəndə heyətinə “Xəzri-2023”
birgə taktiki təliminin planlaşdırılması, hazırlıq prosesi, eləcə də mərhələlər
üzrə icra olunan fəaliyyətlər barədə məruzələr edilib. Qeyd olunub ki, İran
İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin müşahidəçi qismində iştirak
etdiyi təlim iki mərhələ üzrə icra edilir.
Təlimdə hər iki ölkənin hərbi qulluqçularının birgə fəaliyyətlərin icrasında
yüksək peşəkarlıq nümayiş etdirmələri xüsusi vurğulanıb.

Müvafiq epizodlar üzrə icra olunan tapşırıqları Xəzər dənizinin Azərbaycana
məxsus ərazi sularında izləyən müdafiə nazirləri təlimin gedişatını müsbət
qiymətləndiriblər.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ)
gəmilərinin, eləcə də hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023”
birgə taktiki təlimi oktyabrın 8-dək davam edəcək.


Source link