Xabarovsk sakini ofisə qumbara atdı

Baxış sayı: 4. 403 dəfə baxılıb.

Rusiyanın Xabarovsk şəhərində adı açıqlanmayan bir şəxs ticarət bazasının ərazisinə əl qumbarası atıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata əsasən, baş verən partlayış nəticəsində qumbaradan istifadə edən şəxs ölüb, yaxınlıqda olan iki kişi və bir  qadın qəlpə yaraları alıb. Zərərçəkənlərin xəstəxanaya təxliyyə olunduğu bildirilir.

“Guberia.com” informasiya portalı insidentin ticarət bazasının ofis binasında baş verdiyini yazır.

Şahidlərin sözlərinə görə, partlayışı həyata keçirən şəxsin üzündə maska, əlində bıçaq olub.  Ofisdə çalışan menecer qadına hücum çəkib. Həmkarları onları ayırsa da, sonradan üzərindəki qumbaranı çıxararaq, onu partladıb.

Hücumun motivləri hələlik məlum deyil.

www.ÇıxışYolu.Com