9247057d-eae6-4f02-97a4-263aedbb0660..jpg

Xaçmaz sakinindən İDDİA: “Sel xətti zədələsə, camaat 10-15 gün qazsız qalacaq” – VİDEO

Baxış sayı: 666 dəfə baxılıb.

Xaçmaz sakinindən İDDİA: “Sel xətti zədələsə, camaat 10-15 gün qazsız qalacaq”
– VİDEO

Xaçmaz rayonu Laman kənd sakinləri selin onları qazsız qoyacağından
narahatdırlar.

Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Vətəndaş iddia edir ki, Xaçmaz rayonu Laman kəndində qaz xətləri Qaraçay
çayının yatağının altından keçməsindən narahatdırlar:

“O vaxt kənd camaatı burada iş görənlərə dedi ki, çay yatağının altından qaz,
su xətləri keçməz. Amma bizə qulaq asmadılar, çəkdilər. İndi sel gəlib, baxın.
Podratçıların gördükləri işə baxın. Qaz ilə su xətti birlikdə çayın içərisindən
keçir. İndi xətti zədələsə, camaat 10-15 gün qazsız qalacaq. Xahiş edirik, bu
məsələ ilə bağlı ciddi tədbirlər görülsün. Kənd selin altında qalıb, amma heç
bir dövlət qurumu bu Laman kəndinə də, camaatına da baxmır”.


Source link