80d94f09-dc5e-4148-ac2c-5cb7587f0a8e..jpg

Xaçmaz sakininin əlləri bağlı halda fotolarını çəkib, şantaj edən şəxs saxlanıldı

Baxış sayı: 896 dəfə baxılıb.

Xaçmaz sakininin əlləri bağlı halda fotolarını çəkib, şantaj edən şəxs
saxlanıldı

Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə
3 500 manat alan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə
ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq
məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək
yayacağı hədəsi ilə 5 000 manat pul tələb etməsini və 3 500 manat aldıqdan
sonra sərbəst buraxmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.

Xaçmaz polisi tərəfindən araşdırma aparılır.

Source link