816268c8-7fc7-457a-8fe5-d9c5708b172c..jpg

Xaçmazda ər-arvad arasında mübahisə ölümlə nəticələndi – YENİLƏNİB + TƏFƏRRÜAT

Baxış sayı: 500 dəfə baxılıb.

Xaçmazda ər-arvad arasında mübahisə ölümlə nəticələndi – YENİLƏNİB + TƏFƏRRÜAT

Xaçmazda qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Hadisə zamanı xəsarət alan və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan
rayonun Yeni Həyat qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şamil Mirzəbəy oğlu
Turabov “Report”a bildirib ki, eyni ünvanda yaşadığı həyat yoldaşı, 1980-ci il
təvəllüdlü Turabova Aynurə Abdulla qızı ilə aralarında ailə münaqişəsi
zəminində mübahisə düşüb.

Mübahisə nəticəsində T.Mirzəyev həyat yoldaşı A.Turabovanın bel və boğaz
nayihəsinə zərbələr endirib və küt alətlə vuraraq öldürüb, sonra isə özünün
boğaz nahiyəsinə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

19:40

Xaçmazda münaqişə zamanı qadın qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də saat 17 radələrində Xaçmaz rayonu Yeni Həyat
qəsəbəsində 1980-ci il təvəllüdlü Aynurə Abdulla qızı Turabovanın
kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il
təvəllüdlü Şamil Mirzəbəy oğlu Turabovun xəsarətinin olması barədə polisə
məlumat daxil olub.

Ş.Turabov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə
nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Source link