69721e8c-dd4c-4062-b682-51301d713f7d..jpg

Xaçmazda 35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb

Baxış sayı: 783 dəfə baxılıb.

Xaçmazda 35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb

Xaçmaz sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.

“Report” xəbər verir ki, rayonun Ağyazı Buduq kənd sakini, 1988-ci il
təvəllüdlü Apayev Rəşid Nüsrət oğlu odlu silah yarası ilə xəstəxanaya
gətirilib, lakin onun öldüyü aşkarlanıb.

Yaxınlarının bildirdiyinə görə, R.Apayev dəniz kənarinda ov edərkən
ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.

Onun meyiti tibbi ekspertiza olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb
Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil
verilib.

Faktla bağlı araşdırma aparılır.

Source link