Xaçmazda ağacdan asılı vəziyyətdə kişi meyiti tapılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xaçmazın Qımıl kəndində intihar hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, rayonun İzmayılovka qəsəbə sakini
1990-cı il təvəllüdlü Mehman Tacəddin oğlu Mahmudov bir neçə gün öncə evdən
çıxıb və geri qayıtmayıb.
Axtarışlar nəticəsində onun meyiti rayonun Qımıl kəndində meyvə bağında
ağacdan asılı vəziyyətdə tapılıb.
M.Mahmudovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil
verilib.
Faktla bağlı araşdırma aparılır.