Naməlum avtomobil sürücüsü avqustun 29-u axşam saatlarında orta təzyiqli Xaçmaz-Yalama qaz xəttini zədələyib.
ÇıxışYolu.Com xəbər verir ki, qaz xəttinin ciddi zədələnməsi səbəbindən Yalama kəndində 860 abonentin “mavi yanacaq”la təhcizatında məcburi fasilə yaranıb.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, hazırda qaz xəttinin təmir-bərpa işləri həyata keçirilir.
Qısa müddətdə kənddə qaz təchizatı bərpa olunacaq.
Faktla bağlı araşdırma aparılır.