ea139867-1f28-494a-a2a9-7844e1cbc660.webp

Xaçmazda bıçaqlanan məktəblinin son durumu AÇIQLANDI

Baxış sayı: 309 dəfə baxılıb.

“Xaçmaz şəhər sakini 2008-ci il təvəllüdlü (kişi cinsli) yeniyetmə şok
vəziyyətində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə
Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət almış şəxsin vəziyyəti orta ağır
olaraq qiymətləndirilir:

“01.10.2024-cü il tarixində Xaçmaz şəhər sakini 2008-ci il təvəllüdlü (kişi
cinsli) yeniyetmə şok vəziyyətində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına
hospitalizasiya olunub.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası, bağırsağın eventrasiyası
diaqnozu təyin edilib.

Xəsarət almış şəxsə cərrahi müdaxilə olunub və zəruri tibbi yardım göstərilib.
Hazırda xəstəxananın Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Vəziyyəti
orta ağır olaraq qiymətləndirilir”.

11:58

“Xaçmaz şəhərində 9 saylı tam orta məktəbdə 10-cu sinif şagirdi K.Orucov sinif
yoldaşı A.Nəsrullayevi bıçaqlayıb”.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Cixisyolu.com-ın sorğusuna cavab olaraq
bildirilib ki, hadisə 1 oktyabr 2024-cü il tarixində saat 16 radələrində baş
verib:

“Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına
evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam
etdirilir.

Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən
izlənilir”.

Həmçinin qurumdan bildirilib ki, stresin idarəolunması, sağlam psixoloji
mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji
heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb:

“Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.

Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini
nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını,
paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.

Aygün Mirakif

11:38

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan
Cixisyolu.com-a bildirilib ki, oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda
2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında
yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

11:32

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

“Report”un məlumatına görə, Xaçmaz şəhər 9 saylı tam orta məktəbinin 10-cu
sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu
Nəsrullayev tərəfindən bıçaqlanıb.

T.Orucov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun
vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Source link