b9e79302-8140-428e-a575-2f807101aabc..jpg

Xaçmazda dava düşdü: Güllələnən və bıçaqlananlar var

Baxış sayı: 466 dəfə baxılıb.

Xaçmazda dava düşdü: Güllələnən və bıçaqlananlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazın Nabran kəndində dava düşüb, güllə yarası alan və bıçaqlananlar var.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Şimali kənd sakini –
1978-ci il təvəllüdlü Ramik Ramiz oğlu Rüstəmov Nabran kəndi ərazisində Cami
Nizam oğlu Zalov ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq
nahiyəsindən güllə yarası alıb.

Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan, rayonun Yalama
kənd sakini – 1978-ci il təvəllüdlü Şöhrət Gülmət oğlu Şıxmətov isə qol
nahiyəsindən bıçaq xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi
Xəstəxanasına çatdırılıblar.

Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində
hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Source link