Xaçmazda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Xudat şəhəri, Ordubadi küçəsində baş verib.
53 yaşlı Çingiz Davud oğlu Hacıxanov yaşadığı evin həyətindəki tövlədə özünü
asaraq, həyatına qəsd edib. Məlumata görə, hadisə zamanı mərhum depressiv
vəziyyətdə olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.