caf1ad60-1a44-4b2f-9820-0ab6dd07c76b..jpg

Xaçmazda “Hyundai” “Mercedes”lə toqquşdu: Ölən və yaralananlar var – FOTO

Baxış sayı: 752 dəfə baxılıb.

Xaçmazda “Hyundai” “Mercedes”lə toqquşdu: Ölənlərin kimliyi məlum oldu –
YENİLƏNİB + FOTO

Xudatda baş vermiş avtomobil qəzasında dünyasını dəyişənlərin kimliyi məlum
olub.

“Report” xəbər verir ki, ölənlər “Mercedes” markalı minik avtomobilinin
sərnişinləri Seyidoğlu İslam Hüseyn oğlu, Vahidov Nizami Vahid oğlu və Ramiyev
Elmar Mehdi oğludur.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

19:08

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Gəndob-Yalama yolunun “4-cü şöbə” adlanan
hissəsində baş verib.

“Hyundai” və “Mercedes” markalı maşınların toqquşması nəticəsində üç nəfərin
öldüyü, səkkiz nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Source link