efe6c470-c1f7-4d5c-a8df-17c10507e430..jpg

Xaçmazda intihar edən şəxsin kimliyi məlum oldu – YENİLƏNİB

Baxış sayı: 458 dəfə baxılıb.

Xaçmazda intihar edən şəxsin kimliyi məlum oldu – YENİLƏNİB

Xaçmazda intihar edən şəxsin kimliyi məlum olub.

“Report”un məlumatına görə, Xaçmaz şəhərinin mərkəzində çoxmərtəbəli yaşayış
binasından özünü ataraq intihar edən şəxs, rayonun Köhnəxaçmaz kənd sakini,
1988-ci il təvəllüdlü Alim Səlim oğlu Talıbov olduğu bilinib.

A.Talıbovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji
Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

18:38

Xaçmazda intihar faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində
yerləşən çoxmərtəbəli binada baş verib.

Kimliyi məlum olmayan 30-35 yaşlı kişi özünü 9 mərtəbəli binanın 7-ci
mərtəbəsindən atıb.

Hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link