Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə prokuror çıxış edib.
O, Qalib Kərimovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror F. Axverdiyev və V. Rüstəmovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İclas noyabrın 6-dək təxirə salınıb.
İttihama görə, adıçəkilən şəxslər 2016-cı il iyunun 16-da Xaçmaz rayonunda yaşayan iş adamı İlqar Məmmədovun evinə quldurluq niyyəti ilə girən şəxslər onu öldürüblər. V.Rüstəmov hadisədən dərhal sonra Rusiyaya, sonra isə Qazaxıstana qaçıb. Orada tutularaq Azərbaycana ekstradisiya edilib.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com