8b90fd47-7b9d-470d-bba4-99e35db24fca.jpg

Xaçmazda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Baxış sayı: 57 dəfə baxılıb.

Oktyabrın 25-27-də Xaçmaz şəhərində “KOB FEST” sərgi-satış yarmarkası
keçiriləcək.

Cixisyolu.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Qurumun təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri
istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda,
satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Xaçmaz və ətraf
bölgələrdən olan KOB subyektləri oktyabrın 22-dək agentliyin saytındakı müvafiq
formanı doldurmaqla müraciət edə bilərlər:
https://smb.gov.az/az/contact-form/exhibition-form/1
(“İştirak etmək
istədiyiniz tədbir” bölümündə “KOB Fest – Xaçmaz” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə
tutulmur.

Source link