b884992c-79be-4e21-bd30-893770461131..jpg

Xaçmazda meyiti tapılan şəxsin kimliyi AÇIQLANDI – YENİLƏNİB

Baxış sayı: 420 dəfə baxılıb.

Xaçmazda meyiti tapılan şəxsin kimliyi AÇIQLANDI – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz şəhərində evlərdən birində kişi meyiti tapılıb.

“Report”un məlumatına görə, 1966-cı il təvəllüdlü Rasim Kərim oğlu Hacıyevin
üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti şəhərin Ramil Sadıqov
küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

17:06

Noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş
xəsarətlər olan kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan
bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırma
aparılır.

Əlavə məlumat veriləcək.

Source link