ac35670f-f2b5-4f95-b80d-8de3c520e92b..jpg

Xaçmazda narkokuryerlik edən dəstə üzvləri saxlanılıblar – FOTO

Baxış sayı: 684 dəfə baxılıb.

Xaçmazda narkokuryerlik edən dəstə üzvləri saxlanılıblar – FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə
edilməsi, saxlanması, daşınması və satılmasında şübhəli bilinən rayon sakinləri
Serqey Yudin və Elmar Siracov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və avtomobilinə baxış keçirilən zaman 6 kiloqrama
yaxın narkotik vasitə olan marixuana, 1,5 kiloqram heroin və 98 qram psixotrop
maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə Etibar Talıbov və
Natiq Mütəllimov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə
baxış keçirilən zaman yarım kiloqramdan çox marixuana, heroin və 9 ədəd çətənə
(kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
hər üç şəxsin barəsində həbs qətimkan tədbiri, Natiq Mütəllimovun barəsində isə
polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Source link