Xaçmazda qadının özündən 39 yaş kiçik qohumu tərəfindən öldürülməsinin
TƏFƏRRÜATI – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xaçmazda 66 yaşlı Yergüc kənd sakini Səfurə Balacayevanın özündən 39 yaş kiçik
qayını oğlu tərəfindən xüsusi amansızlıqla öldürülməsi hadisəsinin bəzi
təfərrüatı məlum olub.
Bu barədə bizim.media-ya danışan mərhumun oğlu, rayonun Qusarçay kənd sakini
Zaur Balacayev bildirib ki, anası hadisə zamanı evdə tək olub, qanlı olay
martın 20-də gecə saatlarında baş verib. Onun sözlərinə görə, anasının ölməyini
ailəli olan kiçik bacısı bilib:
“Bacım anama bayram payı gətiribmiş, çağırıb, amma eşitməyib, qapını açanda
anamı qan içində ölmüş vəziyyətdə görüb. Bizim düşmənimiz olmayıb, anamın
pulu-parası da yox idi”.
Qeyd edək ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda qəsdən adam öldürmə
maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
16:18
Qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayət isti izlərlə açılıb.
Bu barədə Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, martın 21-də Xaçmaz rayon sakini 1958-ci il təvəllüdlü Safura
Balacayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar
edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən
isti izlər əsasında birgə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat
tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı
qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək onu qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs
qismində tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə
cinayət işi başlanaraq ibtidai istintaq aparılır.