Xaçmazda baş vermiş qətlin bəzi detalları məlum olub.
Məlumata görə, qətlə yetirilən Pirquluoba kənd sakini, 57 yaşlı İlham
Rüstəmovla 43 yaşlı Rəhman Cavadov quda olublar.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.
“Xəzər Xəbər” hadisə yerindən görüntüləri təqdim edir:
Xaçmazda qudalar arasında mübahisə qanla bitdi
01 noyabr, 16:55
Noyabrın 1-də saat 13 radələrində Xaçmaz rayonu ərazisində 1967-ci il
təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Bu barədə Cixisyolu.com-a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi
münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq
tərəfindən şübhəli şəxs qismində tutulub.
15:20
Xaçmazda qətl törədilib.
“Report”un xəbərinə görə, 57 yaşlı İlham Rüstəmovun tanışı tərəfindən şəxsi
münasibətlər zəminində qətlə yetirildiyi bildirilib.
Hadisəni törədən şəxs könüllü polisə təslim olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.