86ba3479-89bb-42f6-a34d-c0abe29f095a..jpg

Xaçmazda səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanılıb – FOTO

Baxış sayı: 743 dəfə baxılıb.

Xaçmazda səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanılıb – FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq
tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə
satışını həyata keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Cixisyolu.com-a verilən məlumata
görə, Şəhriyar Məmmədseyidov istifadəsində olan “Priora” markalı avtomobillə
səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş
başında yaxalanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan külli
miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.

Şəhriyar Məmmədseyidovun barəsində toplanmış materiallar hüquqi qiymət
verilməsi üçün məhkəməyə göndərilib.

Source link