52a62b05-7813-4ed5-9f12-e77485e1db00..jpg

Xaçmazda sinif otağına qar-yağış suları dolan məktəb üçün yeni bina inşa olunacaq – FOTO/VİDEO

Baxış sayı: 441 dəfə baxılıb.

Xaçmazda sinif otağına qar-yağış suları dolan məktəb üçün yeni bina inşa
olunacaq – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonu, İstisu qəsəbə tam orta məktəbinin sinif otağına
yağış sularının axması ilə bağlı sosial
şəbəkələrdə yayılan görüntülərlə əlaqədar məktəb binasına baxış keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil
İdarəsinin müdiri Çoşqun Əliyev sözügedən məktəb binasının mövcud vəziyyəti ilə
tanış olublar.

Məlumat verilib ki, məktəbin mövcud binası 1939-cu ildə istifadəyə verilib və
hazırda yararsız vəziyyətdədir. Bu səbəbdən də binada tədrisin təşkilində bir
sıra çətinliklər yaranıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev bildirib ki, yaxın
vaxtlarda İstisu qəsəbəsində yeni məktəb binası inşa olunacaq. Bu müddət
ərzində şagirdlər öz təhsilllərini Xudat şəhər 4 saylı tam orta məktəbində
davam etdirəcəklər. Şagirdlərin Xudat şəhərinə gedib gəlməsi üçün xüsusi
nəqliyyat vasitələri ayrılacaq.


Source link