Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Bu barədə ÇıxışYolu.Com-a ETSN-nin mətbuat xidmətindən məlumat verilib.
Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 m3 həcmində fıstıq cinsli meşə materialı aşkarlanıb və təbiətə 709 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib.