70172d48-a4c3-450b-b599-9110a150b9ed..jpg

Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb: Xəsarət alan var

Baxış sayı: 427 dəfə baxılıb.

Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb: Xəsarət alan var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən
hissəsində VAZ-21015 markalı nəqliyyat vasitəsi VAZ-21014 markalı minik
avtomobili ilə toqquşub.

Daha sonra VAZ-21014 markalı nəqliyyat vasitəsi çağırış yerinə gedən “UAZ”
markalı təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı VAZ-21014-ün sürücüsü,
Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Azad Bəxtiyar oğlu Quliyev müxtəlif
dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına
yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Source link