c0fb35c1-1331-438a-9a6a-fa4084588c18..jpg

Xaçmazda tanışını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Baxış sayı: 1. 643 dəfə baxılıb.

Xaçmazda tanışını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 31-də Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü Mafizə
Şirinbalayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı fərdi yaşayış
evində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən
kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Şahin
Əhmədovun oktyabrın 21-də aralarında yaranmış mübahisə zamanı tanışı Mafizə
Şirinbalayevanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Şahin Əhmədov
təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam edir.

Source link