Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində baş verib.
Şadlıq sarayından çıxan 2000-ci il təvəllüdlü Əmiraslanova Mələykə Əhməd qızını maşın vurub. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tehran Orucoğlu